...

BƏƏ-də keçirilmiş sorğunun nəticələrinə əsasən flydubai qiymət və keyfiyyət nisbətinə görə ən yaxşı aviaşirkət seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 14:30 (UTC +04:00)
Dubayın qənaətcil flydubai aviaşirkəti bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş sorğunun nəticələrinə görə regionun ən yaxşı aviaşirkəti seçilib.
BƏƏ-də keçirilmiş sorğunun nəticələrinə əsasən flydubai qiymət və keyfiyyət nisbətinə görə ən yaxşı aviaşirkət seçilib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Dubayın qənaətcil flydubai aviaşirkəti bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş sorğunun nəticələrinə görə regionun ən yaxşı aviaşirkəti seçilib. Sorğuda 500 rezident regionda qiymət və keyfiyyət nisbətinə görə ən yaxşı aviaşirkətin adlarını açıqlayıblar. Cəmi iki il bundan öncə kommersiya uçuşlarına başlamış flydubai 31% səs toplayaraq, ilk yeri tutub.

İkinci yeri 13% az səs alan, Dubayın Emirates aviaşirkəti qazanıb - 18%. Ücüncü pillədə, Şərçada yerləşən Air Arabia aviaşirkəti yer alıb - 16%. Abu Dabinin Etihad Airways aviaşirkəti flydubai-dan 24% az, Emirates-dən isə 11% az səs toplayaraq (7%) liderlər siyahısından kənarda qalıb. Hətta Abu Dabidə səs vermiş rezidentlər doğma Etihad-a yox, flydubai-a üstünlük veriblər.

Sorğunun təşkilatçısı, Real Opinions tədqiqat şirkətinin prezidenti Den Xili yekun nəticələri şərh edərkən deyib: "Son illər ərzində regionun hava nəqliyyatı sahəsi bir sıra dəyişikliklərə məruz qalıb. Analoji dəyişikliklər əsrin əvvəlində Avropada baş vermişdir. Qənaətcil aviaşirkətlərin artması və bu seqmentdə nəticə etibarilə səmərəli konsolidasiyanın yaranması, qaliblər və məğlubiyyətə düçar olanları artıq müəyyənləşdirib. Sərnişinlər, öz növbələrində, mövcud vəziyyətdən tam faydalana bilərlər. Təkliflərin artması sərnişinlərə büdcələri və xidmət tələbatlarına uyğun bol seçim imkanı yaradır".

Ümumiyyətlə, qənaətcil hava nəqliyyatı şirkətlərinin yaranması aviasiya sənayesinin inkişafına əlavə təkan verib. 538 respondentdən 87% əlverişli qiymətlərin mövcudluğunun səyahətlərin sayına təsir göstərməsi fikri ilə razılaşıblar. Həmçinin, sorğu iştirakçılarının 86% yeni mədəniyyətlərlə tanışlıq və sərgüzəştlərə maraq göstəriblər.

Eyni zamanda, Yaxın Şərqdə İnternetin daha geniş yayılması amili də qənaətcil şirkətlər üçün müsbət faktora çevrilmişdir: 90% artıq respondentlər təsdiqləmislər ki, biletlərin axtarışı və bronlaşdırılması zamanı İnternet istifadəçisi daha əlverişli və zəngin seçimə malikdir. D.Xili əlavə edib: "Biz istehlakçı nöqteyi-nəzərindən regionda İnternetin inkişafını təhlil etmişik. Keçmiş tədqiqatlarımız göstərir ki, BƏƏ-dən olan istifadəçilərin 72% İnternet vasitəsi ilə alış-veriş edirlər, və aviabiletlərin əldə edilməsi ön sıralardadır". Buna baxmayaraq, səyahət həvəskarlarının bir qismi turizm agentliklərinə müraciəti daha üstün tutur. Sorğuda iştirak edən 67% respondent turizm agentliklərinin qənaətcil şirkətlərin xidmətlərini təklif etməsi barədə xəbərdardılar.

Tədqiqat onlayn rejimində Real Opinions UAE tərəfindənə bir həftə ərzində keçirilib (20.07.2011 - 26.07.2011). Sorğu 538 respondent arasında ingilis (58%) və ərəb (42%) dillərində aparılıb.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti