...

Bakıda "Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri" seminarı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 20:17 (UTC +04:00)
Oktyabrın 25-26-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Avropa İttifaqının (Aİ) yardımı ilə "Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri" mövzusunda seminar keçiriləcək.
Bakıda "Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri" seminarı keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Oktyabrın 25-26-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Avropa İttifaqının (Aİ) yardımı ilə "Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri" mövzusunda seminar keçiriləcək.

QKDK-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, seminarın gedişində depozitar təşkilatlarında əməliyyat risklərinin səmərəli idarə edilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin yaradılması və informasiya təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri müzakirə ediləcək.

Mövzu ətrafında Aİ-nın Qiymətli Kağızlar Depozitarı (Euroclear), Yunanıstan Kapital Bazarları Komissiyası və Rumıniyanın Mərkəzi Depozitarının mütəxəssisləri məruzələr edəcək, diskussiyalar təşkil olunacaq.

Seminarda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Milli Depozit Mərkəzinin və Bakı Fond Birjasının əməkdaşları iştirak edəcəklər.

TAIEX yardım aləti 1996-cı ildə tərəfdaş ölkələrə mövcud qanunvericilik bazasının Avropa İttifaqının standartlarına uyğunlaşdırmaqda yardım etmək məqsədilə yaradılıb. Azərbaycan Respublikası TAIEX-dən istifadəyə 2007-ci ildən etibarən başlayıb.

Xəbər lenti

Xəbər lenti