...

BVF Azərbaycana inflyasiya təzyiqi zamanı pul-kredit siyasətini gücləndirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Qısamüddətli perspektivdə Azərbaycanda pul-kredit siyasətinin gücləndirilməsinə tələb yaranacaq. Bu, ümumu tələbin artmasının inflyasiya təzyiqinin yaranmasına səbəb olacağı təqdirdə baş verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) şöbə direktorunun müavini Nədim İlahi Bakıda keçirilən mətbuat konfransında deyib.

BVF-in missiyası oktyabrın 20-dən noyabrın 2-dək Azərbaycan hökuməti ilə "BVF-in yaradılması haqqında" sazişin IV maddəsı üzrə məsləhətləşmələr aparmaq üçün Bakıdadır. Məsləhətləşmələr daimi əsasda hər il aparılır.

"Ortamüddətli perspektivdə ölkə hökumətinə inflyasiyaya yaxşı nəzarət etmək imkanları əldə etmək məqsədilə pul-kredit siyasəti alətlərini gücləndirmək faydalı olardı", - İlahi bildirib.

Onun sözlərinə görə, Azərbaycan normativlərin oxşar tətbiqini təmin etmək və makroprudensial tədbirlərin preventiv xarakterini gücləndirməklə bank nəzarətini möhkəmləndirməlidir.

"Bank sistemində kapitalın pula çevrilməsi və kafiliyi məsələləri maliyyə sabitliyi qorunmaq şərti ilə operativ həll edilməlidir", - o deyib.

Azərbaycan BVF ilə 1992-ci ildən əməkdaşlıq edir, Fond ilə IV maddə çərçivəsində əməkdaşlıq isə son altı il ərzində məsləhətləşmələr səviyyəsində aparılır.

Xəbər lenti

Xəbər lenti