...

Nəqliyyat Nazirliyi Bakıda iri prospektin yenidən qurulması üzrə planları açıqlayıb (FOTO) (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2011 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/

Ziya Bünyadov prospektinin yenidən qurulması çərçivəsində yolayrıcıların tikintisi 2012-ci ilin sonuna qədər başa çatacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC-dən deyiblər.

SC-dən bildiriblər ki, yolayrıcıların tikintisi üzrə işlər bu ilin əvvəlində başlayıb və layihəyə uyğun olaraq cari ilin sonunda başa çatmalıdır.

"İşin gedişatından asılı olmayaraq, yolayrıcıların tikintisi ilin sonundan əvvəl başa çata bilər", - "Azəryolservis"dən bildiriblər.

Prospektdəki yolayrıcılardan biri üç tunel və bir yol ötürücüsündən, daha biri isə bir yol ötürücüsündən təşkil oluncaq, qalan iki yolayrıcı tunel tipli olacaq.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti