...

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilib.

Bildirilib ki, Vergilər Nazirliyi vergi xidmətinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində elektron xidmətlərin genişləndirilməsi üçün islahatlar aparıb.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, korrupsiyaya qarşı mübarizənin ən səmərəli yolu kimi bütün sahələrdə şəffaflıq mexanizmlərinin tətbiqinin vacibliyi, e-hökumət quruculuğu istiqamətində atılan addımların davam etdirilməsi zərurəti vurğulanıb. Son illər ərzində vergi xidmətinin texnoloji baxımdan ciddi modernləşdirildiyi və bunun vergi orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına əvəzsiz töhfə verdiyi qeyd olunub.

Aparılan islahatlar nəticəsində bu gün vergi subyektlərinin qeydiyyatı, vergi hesabatlarının tərtib edilməsi və ötürülməsi, vergi orqanları ilə əlaqələr əsasən elektron vasitələrlə aparılır ki, bu da fəaliyyətin şəffalığının təmin olunmasına və vergi ödəyicilərinin vergi orqanı əməkdaşları ilə ünsiyyətini minimuma endirməyə imkan verir.

Konfransda çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Ernst & Young" şirkətinin nümayəndəsi Arzu Hacıyeva son illər Vergilər Nazirliyi tərəfindən müzakirə olunan məsələ ilə bağlı ciddi islahatlar aparıldığını və diqqətəlayiq nəticələr əldə olunduğunu vurğulayaraq, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ictimai qurumlarla vergi orqanları arasında əməkdaşlıq məsələləri, bu münasibətlərin daimi dialoq və institusional əməkdaşlıq formatında daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti