...

Nəqliyyat Nazirliyi Bakıdakı sərnişin avtobuslarının nömrələnməsini onların saylarına uyğunlaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 13:40 (UTC +04:00)
Bakıdakı sərnişin avtobuslarının nömrələrinin dəyişdirilməsi marşrutların sayı və avtobuslarının nömrələrinin uyğunsuzluğu ilə əlaqədardır.
Nəqliyyat Nazirliyi Bakıdakı sərnişin avtobuslarının nömrələnməsini onların saylarına uyğunlaşdıracaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakıdakı sərnişin avtobuslarının nömrələrinin dəyişdirilməsi marşrutların sayı və avtobuslarının nömrələrinin uyğunsuzluğu ilə əlaqədardır. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəhbəri Sədrəddin Məmmədov deyib.

Onun sözlərinə görə, marşrutların optimallaşdırılması və bir-birini təkrarlayan bəzi marşrutların bağlanması prosesinin başa çatdırılmasından sonra avtobusların nömrələrinin onların sayı ilə uyğunsuzluğu ortaya çıxıb.

"Bakıda fəaliyyətdə olan cəmi 99 avtobus marşrutu var və hazırda onların nömrələnməsi saylarına uyğun aparılır", - Məmmədov deyib.

Onun sözlərinə görə, həmin marşrutlar və onların nömrələri Bakıdakı nəqliyyatın intellektual idarəolunma sisteminə daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti