...

Azərbaycanda Kür çayı üzərindəki körpü əsaslı təmir olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2011 14:27 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yerləşən Kür çayı üzərindəki körpü yaxın saatlarda avtomobillərin hərəkəti üçün açılacaq.
Azərbaycanda Kür çayı üzərindəki körpü əsaslı təmir olunacaq

Azərbaycan, Bakı, 29 dekabr /Trend müxbir E.İsmayılov/

Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yerləşən Kür çayı üzərindəki körpü yaxın saatlarda avtomobillərin hərəkəti üçün açılacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda körpüdə bərpa işləri aparılır və beton plitələr dəyişdirilir.

"Bərpa işləri yaxın vaxtlarda başa çatacaq", - mənbə deyib.
Onun sözlərinə görə, yanvarın 6-dan sonra Türkiyənin "Kolin İnşaat" şirkəti bu körpüdə əsaslı təmir işlərinə başlamağı planlaşdırır. Lakin onun təmirə tam bağlanması üçün müvafiq dövlət strukturlarının rəyi olmalıdır. Rəy hələ ki alınmayıb.

"Körpünün əsaslı təmiri üçün 1-1,5 aya yaxın vaxt tələb olunur", - mənbə deyib.

Əsaslı təmirin aparılmasının başlıca səbəbləri ondan ibarətdir ki, iritonnajlı avtomobillərin keçməsi səbəbindən körpü dəfələrlə zədələnib və bununla əlaqədar orada təmir işləri aparılır.

Xəbər lenti

Xəbər lenti