...

Bakıda tullantı daşıyan maşınlar dezinfeksiya olunacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 15:55 (UTC +04:00)
Cümə günü "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda tullantı daşıyan maşınların dezinfeksiyası və yuyulması məntəqəsi açılıb.
Bakıda tullantı daşıyan maşınlar dezinfeksiya olunacaq (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

Cümə günü "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda tullantı daşıyan maşınların dezinfeksiyası və yuyulması məntəqəsi açılıb.

"Biz həmişə gigiyena və sanitariya normalarına böyük diqqət yetirmişik. Məhz bununla əlaqədar bu məntəqənin açılışı mühüm hadisədir. 4 yuma kabinəsindən ibarət olan bu məntəqə beynəlxalq standartlara cavab verir və gün ərzində poliqon ərazisinə gələn 400-dən çox maşına xidmət göstərə biləcək", - Trend-in məlumatına görə, ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov açılış mərasimində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müasir ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına cavab verən məntəqə Almaniyanın tanınmış "Christ" şirkətinin yuma avadanlıqları ilə təchiz edilib.

"Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan tərkibində xlor olmayan maddələrdən istifadə edilərək təmizlənəcək. Yuma zamanı istifadə edilən su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndiriləcək", - o deyib.

Azərbaycan Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamına əsasən, bərk məişət tullantılarının yerləşdirilməsi və utilizasiyası "Təmiz Şəhər" ASC-yə tapşırılıb, Bakı ərazisində mənbəyindən asılı olamayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması isə şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti