...

Qeyri-neft gəlirlərinin artması Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün vacibdir - BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 13:22 (UTC +04:00)
Qeyri-neft gəlirlərinin, eləcə də büdcə gəlirlərində onların payının artması və orta müddətli perspektivdə qeyri-neft fiskal mövqelərinin əlverişli mövqeyə çatdırılması Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün əsas amildir.
Qeyri-neft gəlirlərinin artması Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün vacibdir - BVF

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

Qeyri-neft gəlirlərinin, eləcə də büdcə gəlirlərində onların payının artması və orta müddətli perspektivdə qeyri-neft fiskal mövqelərinin əlverişli mövqeyə çatdırılması Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün əsas amildir. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə Azərbaycanla məsləhətləşmələrin yekunlarına dair məlumatında deyilir.

Məsləhətləşmələr 2011-ci il oktyabrın 20-dən noyabrın 2-nə kimi BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Nadim İlahinin rəhbərlik etdiyi missiyanın səfəri çərçivəsində aparılıb.

"Azərbaycanda qeyri-neft gəlirlərinin icrası və strukturunun icmalı ölkənin vergi sistemində digər inkişaf etməkdə olan iqtisadiyyatlardakı standartlara uyğun uğurlu islahatların paralel olaraq aparılmasının mümkünlüyünü göstərir. İslahatlara vergi bazasının genişləndirilməsi, tələblərə əməl olunması xərclərinin azalması və vergi sisteminin effektivliyinin yüksəldilməsi daxil edilə bilər", - məlumatda deyilir.

Müxtəlif amillər Azərbaycanda qeyri-neft sektorundan vergi daxil olmalarının artması ehtiyacını göstərir. Qeyri-neft vergi gəlirlərinin daha böyük rolu neft qiymətlərinin dəyişkənliyi fonunda iqtisadiyyatı qorumağa kömək edə bilər ki, bu da neft gəlirlərinin azalmasına gətirib çıxara bilər. Bu, həmçinin 2018-ci ildən sonra gözlənən neft ehtiyatlarının məhdudlaşması və neft hasilatının kəskin düşməsi zamanı dövlətə maliyyələşdirmənin uzunmüddətli möhkəm mənbəyini inkişaf etdirməyə kömək edəcək.

Böyük karbohidrogen daxilolmalarının mövcudluğu bu gün vergi sistemi strukturunun müvəffəqiyyətli təcrübəyə uyğunlaşdırılması imkanını yaradır.

Beynəlxalq təcrübə göstərir ki, vergi güzəştləri yaxşı planlaşdırılmış və yerinə yetirilmiş olanda, ağır qısamüddətli maliyyə böhranı doğurmadığı zaman daha müvəffəqiyyətli olur.

Beləliklə, dövlət rahat maliyyə durumundan istifadə edəndə, o vergi bazasını genişləndirib, xərcləri azaltmaqla Beynəlxalq Valyuta Fondunun erkən tövsiyələrinə uyğun olaraq vergi sistemini müasirləşdirə bilər.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, belə islahatlar qeyri-neft ÜDM-nin beş-altı faiz artdığı zaman olduğu kimi gəlirlər gətirə bilər.

"Vergi bazasının genişlənilməsi ƏDV və gəlir vergisi sahəsində islahatların aparılmasını tələb edəcək", - məlumatda deyilir.

Makroiqtisadi və siyasi sabitlik, infrastrukturun və insan kapitalının keyfiyyəti xarici investisiyaların cəlb edilməsinə vergi məsələlərindən daha çox təsir edir. Vergi vasitələrilə dəstəklənmə, həmçinin vergi ödənişindən yayınma imkanlarına görə məhdudlaşdırılmış iqtisadi effektivliyə malik ola bilər.

Vergi və gömrük idarəetmə sistemlərinin müasirləşdirməsi özünəqiymət və risklərin idarə edilməsinə uyğun olan texnika ilə tamamlana bilər.

Elektron qeydiyyat və vergi bəyannamələrinin verilməsi tələblərinə riayət edilməsi, xüsusilə vergi orqanlarının müdaxiləsi olmadan sadələşdirilmiş vergi qanunlarına, formalara və kömək prosedurlarına, vergi qanunvericiliyinə könüllü riayət etməyə əsaslanan özünəqiymət sistemi ilə uyğunlaşdıqda, xərclərin ixtisarı və hüquqi icranın yaxşılaşması üçün əsas ölçüdür.

Xəbər lenti

Xəbər lenti