...

Azərbaycanın "Alfa Sığorta" şirkəti nizamnamə kapitalını təxminən 50 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2012 11:15 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Alfa Sığorta" ASC-nin iki milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.
Azərbaycanın "Alfa Sığorta" şirkəti nizamnamə kapitalını təxminən 50 faiz artırır

Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Alfa Sığorta" ASC-nin iki milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 2 min ədəd səhm buraxılacaq. Yerləşdirmənin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edəcək.
Beləliklə, nizamnamə kapitalı hazırkı 4,75 milyon manatdan 6,75 milyon manatadək artacaq.

"Alfa Sığorta" ASC-nin təsisatçısı 2006-cı ilin dekabrında şirkətin 100 faizlik səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var.

Yanvarın 25-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti