Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Vyana-Bakı, Bakı-Vyana, Daşkənd-Bakı, Bakı-Daşkənd və London-Bakı aviareyslərinin həyata keçirilməsi təxirə salınıb. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.
Məlumata əsasən, Vyana-Bakı marşrutu üzrə təyyarə Bakıya yerli vaxtla saat 16:55-də gəlməli və paytaxtdan saat 17:55-də uçmalı idi. Öz növbəsində, Daşkənd-Bakı təyyarəsi yerli vaxtla saat 15:45-də gəlməli və Bakıdan saat 16:55-də uçmalı idi.
"Həmçinin, London-Bakı aviareysi təxirə salınıb. Təyyarə paytaxta Bakı vaxtı ilə saat 21:05-də gəlməli idi", - aeroportdan qeyd ediblər.