...

Azərbaycan müasir vergi sisteminə yiyələnir – Aİ-nin səfiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 14:40 (UTC +04:00)
Azərbaycan müasir vergi sisteminə yiyələnir.
Azərbaycan müasir vergi sisteminə yiyələnir – Aİ-nin səfiri

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir A.Axundov/

Azərbaycan müasir vergi sisteminə yiyələnir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heygətinin rəhbəri, səfir Rolan Kobia cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.

"Əminəm ki, Azərbaycan güclü vergi sisteminin təkmilləşdirilməsi və təşkil edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcək", - Kobia deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanla ölkədə elektron audit sisteminin tətbiqi üzrə işləməyi davam etdirəcək.

"Bunun üçün üzərində işlərin davam etdirildiyi hüquqi bazanın formalaşdırılması vacibdir. Orada dünyada tətbiq olunan ən yaxşı metodlar və təcrüdbə öz əksini tapacaq", - Kobia deyib.

Onun sözlərinə görə, informasiyaya elektron çıxışın sadələşdirilməsi də vacibdir.

"Elektron auditin tətbiqi və vergi yükünün azaldılması, vergitutmanın effektivliyinin artırılması, nağdsız hesablaşmaların genişləndirilməsi korrupsiya ilə mübarizədə şəffaflığın artırılmasına xidmət edir", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti