...

"Paşa Bank" kapitalını 10 faizdən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 15:38 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Bank" kapitalını 10 faizdən çox artırıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 12 347,47 manat olan 10 000 səhmin elə bu həcmdə 13 686,94 manat nominallı səhmlərə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da bankın nizamnamə kapitalı 123,47 milyon manatdan 136,87 milyon manata qədər artırılacaq.

Xəbər lenti

Xəbər lenti