...

"Ateshgah" - Azərbaycanda ən çox tanınan brend məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 14:10 (UTC +04:00)
"Ateshgah" Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir. Bunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə AA&M reklam şirkəti tərəfindən aparılan tədqiqatların nəticələri təsdiq edir.
"Ateshgah" - Azərbaycanda ən çox tanınan brend məlum oldu

Azərbaycan, Bakı, 29 fevral / Trend/

"Ateshgah" Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir. Bunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə AA&M reklam şirkəti tərəfindən aparılan tədqiqatların nəticələri təsdiq edir.

Adıçəkilən tədqiqatı aparmaqda məqsəd ümumilikdə avtomobil sığortası bazarı (əsasən, könüllü avtomobil sığortası) və onun potensial həcminin öyrənilməsi olub.

22,1 faiz respondentin rəyinə görə "Ateshgah" ölkədə ən çox tanınan üç sığorta şirkətləri arasında birinci yeri tutur.

"Ateshgah" Sığorta Şirkəti həmçinin könüllü avtomobil sığortası üzrə güclü mövqedə qərarlaşıb. Belə ki, rəyi soruşulan avtomobil sahiblərinin - respondentlərin 30 faizi könüllü sığortadan bəhs edildikdə məhz "Ateshgah"-ı xatırlayıb.

"Brendimizin tanınması ilə bağlı tədqiqatın nəticələri bizi sevindirir. Fəaliyyət göstərdiyi 15 il ərzində "Ateshgah" SŞ özünə dayanıqlı və müsbət işgüzar nüfuz qazana bilmişdir. Əsas vəzifəmiz - müştərilərimizin tələblərini təmin etmək və onlara maksimal dərəcədə yaxın olmaqdır. Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyi heç vaxt düşünməmiş və indi də düşünmürük", - "Ateshgah" Sığorta Şirkəti İdarə Heyətinin sədri Tələt Səfərov bildirib.

Onu da qeyd etmək lazımdır ki, tədqiqat işi 24 noyabr -26 dekabr 2011-ci il tarixlərində Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edib. Sorğuda 20 - 54 yaş arası 1695 respondent (kişi və qadın) iştirak edib. Sorğunun predmetinə avtomobil sığortası sahəsində göstərilən xidmətlərin tələb səviyyəsi, avtomobil sığortası polisinin əldə edilməsində səbəblər və sığorta xidmətləri haqqında ümumi bilgilər aid olub. Əhəmiyyətli fakt da odur ki, sorğulanan avtomobil sahiblərinin 99 faizi "sığorta" termini ilə tanış olduqlarını bildiriblər.

2011 - cu ilin nəticələrinə görə, "Ateshgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. manat, ödənişləri isə 6,4 mln. manat artıqdır.

"Ateshgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti