...

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Arkanzas ştatında görüşlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 18:36 (UTC +04:00)
ABŞ-da səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti fevralın 28-də ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib.
Azərbaycan nümayəndə heyəti ABŞ-ın Arkanzas ştatında görüşlər keçirib

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

ABŞ-da səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti fevralın 28-də ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib.

Trend-in cümə günü ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşlərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin Arkanzas ştatının qubernatoru, senatorları və Nümayəndələr Palatası üzvləri ilə keçirilən görüşlərində Azərbaycanla ABŞ arasında ötən dövrdə yaranan strateji əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib.

Görüşlərdə çıxış edən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Millət vəkili Asim Mollazadə öz çıxışında Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi münasibətilə hər iki dövləti təbrik edərək, Azərbaycan və Amerika xalqlarının söz azadlığı, demokratiya və terrorizmə qarşı mübarizə, dünyada sülhün bərqərar olunması kimi ortaq dəyərləri bölüşdüyünü bildirib. Öz növbəsində, Arkanzas ştatının senatoru Coys Elliot ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti