...

Yanvar-fevralda Azərbaycanda ipoteka kreditləşməsi 10 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 17:50 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-fevral aylarında 7,95 milyon manat və ya təxminən 10,11 milyon dollar məbləğində kredit verilib.
Yanvar-fevralda Azərbaycanda ipoteka kreditləşməsi 10 milyon dolları ötüb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-fevral aylarında 7,95 milyon manat və ya təxminən 10,11 milyon dollar məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 353,39 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2012-ci ilin yanvar-fevral ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 12,74 milyon manat təşkil edib.

Bu ilin iki ayı ərzində AİF 3 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.

Xəbər lenti

Xəbər lenti