...

"Azərbaycan Hava Yolları" iki daxili reysi bərpa edir və bir yeni reys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 13:19 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC yay mövsümündə iki daxili reysin reallaşdırılmasına yenidən başlamağı planlaşdırır.
"Azərbaycan Hava Yolları" iki daxili reysi bərpa edir və bir yeni reys açır

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Hava Yolları" QSC yay mövsümündə iki daxili reysin reallaşdırılmasına yenidən başlamağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Bakı-Lənkəran və Bakı-Zaqatala aviareyslərinin reallaşdırılması bərpa ediləcək.

Səfərlinin sözlərinə görə, habelə Bakı-Qəbələ daxili aviareysinin açılması da planlaşdırılır.

Hazırda QSC üç - Bakı-Gəncə, Bakı-Naxçıvan və Naxçıvan-Gəncə daxili aviareyslərini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti