...

Bu ilin I rübündə Azərbaycanda ipoteka kreditləşməsinə 18 milyon dollar yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 11:09 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin I rübündə 14,54 milyon manat və ya təxminən 18,49 milyon dollar məbləğində kredit verilib.
Bu ilin I rübündə Azərbaycanda ipoteka kreditləşməsinə 18 milyon dollar yönəldilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin I rübündə 14,54 milyon manat və ya təxminən 18,49 milyon dollar məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 360 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2012-ci ilin birinci rübü ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 19,15 milyon manat təşkil edib.

Bu ilin üç ayı ərzində AİF 5 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.

Xəbər lenti

Xəbər lenti