...

Nissan Azərbaycandan Micra alana parktronik hədiyyə! (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 12:07 (UTC +04:00)
Nissan Azərbaycandan Micra alana parktronik hədiyyə!
Nissan Azərbaycandan Micra alana parktronik hədiyyə! (FOTO)

Nissan Azərbaycan öz müştərilərini sevindirməkdə davam edir. Belə ki, Nissan model sırasının sərfəli satış şərtləri ilə yanaşı, Nissan Micra modelini alan müştərilərə - müasir sistemli, sıx şəhər mühitində avtomobilinizi daha rahat park etməyə imkan verəcək parktronik hədiyyə edilir və pulsuz quraşdırılır.
İndi siz sevimli Micra avtomobilinizi daha cəsarətlə park edəcəksiniz.

Micra avtomobilini əldə etmək istəyən müştərilər üçün onun texniki göstəriciləri haqqında qısa məlumat: Modelin xarici görünüşünü onun dizaynının unikal elementi kimi ikiqat radiator barmaqlığı tamamlayır. Lakin avtomobilin klassik forması da qorunub saxlanılıb. Micra irsinin Avropada və Yaponiyada simasına çevrilmiş yan şüşələrin özünəməxsus forması buna bariz nümunədir. Qazandığı kompakt ölçülər sayəsində avtomobil bir azca uzun və "bəstəboy" görkəm əldə edib. Damın bumeranqşəkilli forması da açıq-aşkar diqqət çəkir.

80 at gücünə malik 1.2 litrlik benzin mühərriki Nissan Micra-ya şəhərin dolanbac və tıxaclı küçələrində əl-qol açmağa geniş imkanlar yaradır. Ətraf mühitə zərərli tullantısı 95 qrama endirilmiş, qənaətcil (100 km məsafəyə təxminən 5 l yanacaq sərfiyyatı ilə) 3 slindirli benzin mühərriki onu hər kəsin ekoloji "dostu"na çevirib.

Nissan Micra-nın interyerinin bənzərsiz dizaynını funksional özəllikləri dəstəkləyir. Ön qapıların şüşəqaldıranları, sükanın hidravlik gücləndiricisi və maili tənzimlənməsi salonun ayrılmaz atributlarıdır. Sürücü və ön sərnişinin əyləşdiyi oturacaqlar mexaniki tənzimlənmə imkanına malikdir. Micra ilə səyahət isti yay günlərində belə qorxulu deyil. Avtomobilin məxsus olduğu mexaniki kondisioner interyerin lazımi həddə qədər soyudulmasını təmin edir. Mərkəzi konsolda arxa və ön sərnişinlər üçün stəkanaltılar, qapılarda xırda əşyalar üçün ciblər, ön və arxa sərnişinlər üçün başaltlıqları, ön sərnişinlər üçün mərkəzi qoltuqaltı Micra-nın funksional interyerini tamamlayır.

Nissan Micra-da təhlükəsizlik hər zaman ön plandadır. Sürücü və sərnişinlər üçün yan təhlükəsizlik yastıqları, 3 düyməli təhlükəsizlik kəməri, uşaqların təhlükəsizliyi üçün arxa qapıların bloklanması, mərkəzi kilid və pult ailəliklə əyləşdiyiniz Nissan Micra-da özünüzü hər an təhlükəsiz hiss etməyinizə zəmin yaradır.

Ətraflı məlumatı Nissan Avtosalonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

NISSAN getdiyin yolları_DƏYİŞ

"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti 41, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Tel.: (+99412) 430 81 41, 448 38 38
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Xəbər lenti

Xəbər lenti