...

Bakının bir sıra ərazilərində içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Paytaxtın bir sıra ərazilərində mövcud su xətlərində təmir-bərpa və yeni su xətlərinin çəkilməsi işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu məqsədlə paytaxtın Nərimanov rayonu Xətai prospektindən keçən, uzun müddət istifadədə olan, yararsız su borularının və qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. İstehlakçıların içməli su təchizatını daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədilə prospekt boyunca 2400 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 200 mm diametrli polietilen borularla əvəzlənir.

Bununla paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 160 mm diametrli polietilen borularla köməkçi su xətti də çəkilir. Layihəyə uyğun olaraq, Xətai prospektində kanalizasiya kollektoru da yenilənir. Bu məqsədlə 1000 mm diametrli metal borularla yeni kanalizasiya xətti çəkilir.

Tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Nərimanov rayonu Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.

Xəbər lenti

Xəbər lenti