...

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 10:55 (UTC +04:00)
Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycan Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, iclasa Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrlik edəcək.

İclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti