...

ARDNŞ prezidenti BP şirkətinin nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 12:44 (UTC +04:00)
Aprelin 17-də ARDNŞ prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
ARDNŞ prezidenti BP şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 17-də ARDNŞ prezidenti Rövnəq Abdullayev BP şirkətinin icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Abdullayev ARDNŞ ilə BP arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərindən məmnun olduğunu söyləmişdir. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən bütün neft-qaz layihələrinin uğurlu olduğunu qeyd edən ARDNŞ prezidenti bundan sonrakı işlərin də eyni səviyyədə müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Qəbul üçün təşəkkürünü bildirən Dadli təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətinin yüksək səviyyədə həyata keçdiyini söyləmişdir. ARDNŞ prezidentinə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə işlərin tam həcmdə görüldüyünü deyərək, bu gündən Avropanın enerji təchizatı üçün geniş maraq doğuran layihənin 2-ci mərhələsinə start verildiyini xəbər vermişdir.

O əmin olduğunu bildirmişdir ki, Azərbaycanda həyata keçirilən bütün neft-qaz layihələri kimi, "Şahdəniz-2" layihəsi də uğurla həyata keçiriləcək və Azərbaycan, eləcə də digər maraqlı ölkələrdə istehlakçıların böyük həcmdə təbii qazla təchiz edilməsi probleminin həllinə öz töhfəsini verəcəkdir.

Xəbər lenti

Xəbər lenti