Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/
Azərbaycan hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatının Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini tam təmin edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan bildirib.
O, təhlükəsizliyin yüksək səviyyədə təşkil olunduğunu və bundan razı qaldıqlarını bildirib.
"İştirak etdiyimiz bu konfransda kənd təsərrüfatı sahəsində Cənubi Qafqaz regionunda ərzaq təhlükəsizliyi ilə bağlı layihələr müzakirə olundu", - Poqosyan deyib.
Bakıda keçirilən konfransa 46 ölkədən rekord sayda iştirakçı qatılıb.