...

"Doing Business in Azerbaijan 2011" toplusu nəşr olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 13:23 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hər il olduğu kimi, bu il də iş adamları arasında tanınan "Doing Business in Azerbaijan" toplusu nəşr olunub.
"Doing Business in Azerbaijan 2011" toplusu nəşr olunub

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ölkəmizə xarici investisiyaların cəlb olunması və yerli sahibkarlarla biznes əlaqələrinin yaradılması istiqamətində xarici iş adamlarının məlumatlandırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hər il olduğu kimi, bu il də iş adamları arasında tanınan "Doing Business in Azerbaijan" toplusu nəşr olunub.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Doing Business in Azerbaijan 2011" toplusu Azərbaycanın iqtisadiyyatı, ölkəmizin biznes və investisiya mühiti, biznes qurmaq üçün qanunvericilik və s. kimi məlumatların əks olunduğu 7 fəsildən ibarətdir. İngilis dilində hazırlanmış nəşrdə, həmçinin, Azərbaycanın təbii ehtiyatlarına, infrastruktur və iqtisadi rayonlarına dair xəritələr yerləşdirilib.

Toplunun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması, həmçinin AZPROMO-nun internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, "Doing Business in Azerbaijan 2011" toplusu AZPROMO tərəfindən bu il ölkəmizdə və xaricdə təşkil ediləcək tədbirlərdə xarici investorlara və Azərbaycanda biznes qurmaqda maraqlı olan iş adamlarına paylanılacaq.

Xəbər lenti

Xəbər lenti