...

Xarkov-Bakı-Xarkov qatarının hərəkət marşrutu dəyişəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 12:59 (UTC +04:00)
İyunun 1-dən Xarkov-Bakı-Xarkov reysi ilə hərəkət edən dəmiryol qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək.
Xarkov-Bakı-Xarkov qatarının hərəkət marşrutu dəyişəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/

İyunun 1-dən Xarkov-Bakı-Xarkov reysi ilə hərəkət edən dəmiryol qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin xidməti rəhbərinin müavini Mədət Şıxəmirov məlumat verib.

Dəyişiklik mayın 27-də ediləcək, Bakıdan ilk reys yeni qrafikə uyğun olaraq iyunun 1-də yola salınacaq.

Şıxəmirovun sözlərinə görə, "Ukrayna Dəmir Yolları"nın qatarlarının hərəkət qrafikindəki dəyişikliyə görə, Bakıya gələn qatar Rusiya ərazisindən hərəkət marşrutunu dəyişəcək. Eləcədə də qatar Volqoqrad əvəzinə Saratov ərazisindən keçəcək.

"Qrafikdəki dəyişiklik qatarların gəlmə və yola düşmə vaxtlarına təsir etməyəcək", - Şıxəmirov deyib.

Onun sözlərinə görə, hazırda Xarkovdan qatar Bakıya çərşənbə günü yerli vaxtla saat 02:45-də gəlir və cümə günü saat 00:30-da yola düşür.

Xəbər lenti

Xəbər lenti