...

Gürcüstanda etnik azlıqlar üçün vergi bələdçisinin təqdimatı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 20:03 (UTC +04:00)
İqtisadi-Siyasi Araşdırmalar Mərkəzi və ABŞ səfirliyi aprelin 23-də "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsinin qısa izahı" bələdçisinin təqdimatını keçirəcək.
Gürcüstanda etnik azlıqlar üçün vergi bələdçisinin təqdimatı olacaq

Gürcüstan, Tbilisi, 20 aprel /Trend, müxbir N.Kirsxaliya/

İqtisadi-Siyasi Araşdırmalar Mərkəzi və ABŞ səfirliyi aprelin 23-də "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsinin qısa izahı" bələdçisinin təqdimatını keçirəcək.

Trend-in məlumatına görə, bələdçi rus-Azərbaycan və rus-erməni dillərində nəşr edilib. Nəşr gürcü dilini tam bilməyən sahibkarlara Gürcüstanın yeni Vergi Məcəlləsi ilə tanış olmağa xeyli kömək edəcək.

Mərkəz ABŞ səfirliyinin dəstəyi ilə 2011-ci ilin iyulundan etibarən "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsi" layihəsini həyata keçirib. Layihə çərçivəsində Gürcüstanın müxtəlif şəhərlərində, xüsusən Axaltsixe, Qardabani və Marneulidə intensiv treninqlər keçirilib. Treninqlərdə ümumilikdə 102 kiçik və orta sahibkar iştirak edib.

Təqdimatda Gürcüstanın hökumət və parlament nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, sahə ekspertləri və qeyri-hökumət sektorunun nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti