...

Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi 1,6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 18:28 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda birinci rübdə qiymətli kağızlar bazarının inkişafı davam edib.
Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi 1,6 dəfə artıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda birinci rübdə qiymətli kağızlar bazarının inkişafı davam edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında QKDK sədri Rüfət Aslanlı bildirib.

"2012-ci ilin əvvəlindən qısamüddətli istiqrazların emissiyası həyata keçirilməyib, İpoteka Fondunun istiqrazlarının həcmi azalıb və maliyyə təsisatları üçün tətbiq edilən "vergi tətilləri" ləğv edilib. Buna baxmayaraq, son illərdə qiymətli kağızlar bazarının inkişafı üçün görülən tədbirlərin nəticəsi olaraq bazarda əməliyyatların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 10 faiz, həcmi isə 1,6 dəfə artaraq 2,7 milyard manat təşkil edib", - Aslanlı qeyd edib.

Onun sözlərinə görə, birinci rübdə qlobal iqtisadiyyat kövrək və qeyri-bərabər artımla davam edib, risklər hələ də mövcud olub.

"Qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda 2012-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı artmaqda davam edib", - Aslanlı deyib.

Xəbər lenti

Xəbər lenti