...

Kənd təsərrüfatı və turizm Azərbaycanda qeyri-neft sektorunun inkişafının mühərrikləridir - AİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 12:46 (UTC +04:00)
Asiya İnkişaf Bankı kənd təsərrüfatı və turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafının mühərrikləri kimi görür.
Kənd təsərrüfatı və turizm Azərbaycanda qeyri-neft sektorunun inkişafının mühərrikləridir - AİB

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Axundov /

Asiya İnkişaf Bankı kənd təsərrüfatı və turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafının mühərrikləri kimi görür.
Trend-in məlumatına görə, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev çərşənbə axşamı Bakıda bankın ölkə üzrə hesabatının təqdimatında deyib.

"Regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir", - Vəliyev bildirib.

Onun sözlərinə görə, ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti