...

Azərbaycan Gürcüstanın gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təklifini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Gürcüstanın birgə sərhəddə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təklifini nəzərdən keçirir. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Əliyevin sözlərinə görə, bu barədə Dövlət Komitəsinə rəsmi təklif daxil olmayıb, lakin mövcud məsələ bir gün əvvəl Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüş zamanı qaldırılıb. Görüşdə qeyd edilib ki, belə təcrübə Gürcüstan-Türkiyə sərhədində tətbiq edilən pilot layihə çərçivəsində sınaqdan keçirilir.

"Dünya təcürbəsində belə birgə idarəetmə bir dəfə tətbiq edilib. Bu, 20 il əvvəl Finlandiya-Rusiya sərhədində olub. Həmin vaxt pilot layihə cəmi bir neçə saat davam edib və özünü doğrultmayıb. Biz Türkiyə ilə pilot layihənin nəticələrini gözləyəcəyik və öz qərarımızı verəcəyik", - Əliyev deyib.

Onun sözlərinə görə, iki ölkənin gömrük orqanları uğurla əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan gömrükçüləri xüsusən birgə treninqlərdə iştirak edir və təcrübə mübadiləsi aparırlar.

Xəbər lenti

Xəbər lenti