...

Surqutdan Bakıya yeni aviareyslər açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2012 12:07 (UTC +04:00)
UTair Aviation" ASC aviaşirkəti iyunun ortalarından Surqutdan (Rusiyanın Xantı-manisysk muxtar dairəsi) Bakıya yeni reys açır. Trend-in məlumatına görə, bu barədə şənbə günü aviaşirkətin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir.
Surqutdan Bakıya yeni aviareyslər açılır

Azərbaycan, Bakı, 28 apre l/Trend, müxbir E. İsmayılov/

"UTair Aviation" ASC aviaşirkəti iyunun ortalarından Surqutdan (Rusiyanın Xantı-manisysk muxtar dairəsi) Bakıya yeni reys açır. Trend-in məlumatına görə, bu barədə şənbə günü aviaşirkətin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir.

Yaz-yay cədvəli çərçivəsində aviaşirkət Surqutdan reyslərin sayını artırır. Xüsusən iyunun ortalarından yeni həftəlik reyslər Surqutu Bakı, Simferopol və Lvovla birləşdirəcək.

Bakıya uçuşlar iyunun 12-dən hər çərşənbə axşamı, Lvova iyunun 13-dən hər çərşənbə günü, Simferopola isə iyunun 18-dən hər bazar ertəsi həyata keçiriləcək.

Minimum tariflər üzrə bir istiqamətə biletlərin qiyməti 7 375 (0,0268 AZN/RU) rubldan başlayır.

Bununla yanaşı, aviaşirkət istənilən vaxt xəbərdarlıq etmədən tarifləri ləğv etmək və ya dəyişdirmək hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti