...

"FINCA Azerbaijan" Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2012 12:28 (UTC +04:00)
Fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsiplərinə riayət edən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı mikromaliyyə sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə "MicroFinance Transparency" təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb.
"FINCA Azerbaijan" Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb

Azərbaycan, Bakı, 9 may /Trend/

Fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsiplərinə riayət edən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı mikromaliyyə sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə "MicroFinance Transparency" təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb.

Trend-in məlumatına görə, "MicroFinance Transparency" təşkilatı Azərbaycanda Şəffaf Qiymətqoyma Təşəbbüsü (Transparent Pricing Initiative) layihəsi üzrə MMİ-lər, banklar və investorlarla işləyir. Təşkilat mikrokredit məhsullarının tədarükçüləri və istehlakçıları arasında şəffaf əlaqələrin qurulmasını dəstəkləyir.

Cari ilin aprel ayında "MFTransparency" təşkilatına bütün mikromaliyyə kredit məhsullarının qiymətləri haqqında məlumatları təqdim edən "FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqinin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir.

Ölkədə lider MMİ-lərdən biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti