...

Nəqliyyat Nazirliyi regionda körpünün bağlanmasından sonra alternativ yol çəkib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 41-ci kilometrliyindəki körpüdə hərəkətin dayandırılmasından sonra alternativ yol çəkib. Bu barədə cümə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, pis texniki vəziyyət səbəbindən suvarma kanalı üzərindəki körpüdə avtomobillərin hərəkəti dayandırılıb və nəqliyyat vasitələrinin hərəkətini təmi etmək üçün altertnativ yol çəkilib.

"Körpü üzərindən hərəkət dayandırılıb. Mütəxəssislər artıq körpünü yoxlamaq üçün ora gediblər, bundan sonra müvafiq qərar qəbul ediləcək" , - Mürsəliyev deyib.

Uzunluğu təqribən 26 kilometr olan üçaşırımlı körpü 1968-ci ildə tikilib.

Xəbər lenti

Xəbər lenti