Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Axundov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Qiymətli kağızlarla bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi Qaydaları" təsdiq edilib və Azərbaycan Respublikasının hüquqi aktlarının dövlət reyestrində daxil edilib.
Trend QKDK-nın rəsmi saytına istinadən məlumat verir ki, yeni Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən Dövlət Komitəsinə Azərbaycan Respublikasının ərazisində investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında təqdim edilən hesabatlara dair tələbləri, onların təqdim və tərtib edilmə qaydasını müəyyən edir.
Bu Qaydalar hesabatlıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlarla bağlanılan əqdlərə dair hesabatların sistemləşdirilməsinə, onların elektron formada təqdim edilməsinə, həmçinin, QKDK tərəfindən qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan verir.