...

AXA MBASK sığorta agentliklərinə investisiya yatırmağa davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2012 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Sığorta işlərinin avtomatlaşdırılmasına dair yeni-yeni layihələr həyata keçirən Azərbaycanın AXA MBASK sığorta şirkəti indi də "Extranet" xarici korporativ şəbəkənin tətbiqinə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Həmin şəbəkə onlayn rejimində işləyən və "password"la qorunan, yalnız şirkətin sığorta agentləri üçün nəzərdə tutulmuş veb şəbəkədir.

AXA MBASK şirkəti sığorta agentlərinin gündəlik fəaliyyətində faydalı olan İT vasitələrindən geniş bəhrələnir. "Extranet" şəbəkəsində də başlıca diqqət real vaxt rejimində sığorta şirkətilə məlumat mübadiləsinə yetirilir. Bununla yanaşı, agentlər öz portfelinə müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair məlumat bazasını saxlamaq, sığorta müqavilələrin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.

"Extranet şəbəkəsi agentlərə İT vasitəsilə bizə qoşulmaq, bizim agentlərə bizneslərini asanlıqla və çevik idarə etmək üçün şərait yaradır. Bu da heç şübhəsiz, işlərinin səmərəsinə, göstərdikləri xidmətlərin keyfiyyətinə təsir edəcək" , - AXA MBASK İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov deyib.

"Agentlərimizin işini asanlaşdıracaq universal vasitə hazırlamışıq. Sözügedən layihə çərçivəsində bir neçə məsələni həll etdik. Agentlərlə gündəlik əlaqə yaratmaq üçün interaktiv platform yaradıb gündəlik qarşılaşdıqları məsələləri daha səmərəli həll etmək imkanını onlara qazandırdıq. AXA MBASK şirkətinin müvəffəqiyyətinin öz gələcəklərini bizimlə bağlamış sığorta agentlərin və agentliklərinin müvəffəqiyyətinə birbaşa bağlı olduğuna əminik. Belə ki, agent və agentliklərimizə daha yaxşı xidmətlər göstərməyi nəzərdə tutan layihələrə bundan sonra da sərmayə yatıracağıq" , - Abbasov bəyan edib.

AXA MBASK şirkəti qısa zaman müddətində həm paytaxtda, həm də Azərbaycanın başqa bölgələrində geniş agentlər şəbəkəsini yarada bilib. Bu gün həmin şəbəkə 60-dan çox agentliyi əhatə edir və ölkənin ən irisidir.

Xəbər lenti

Xəbər lenti