...

İİB kiçik və orta biznesin maliyyələşdirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2012 15:53 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) kiçik və orta biznesin inkişafı məqsədilə Azərbaycan banklarına kreditin ayrılması layihəsinə baxmağa hazırdır.
İİB kiçik və orta biznesin maliyyələşdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir Ə.Həsənov /

İslam İnkişaf Bankı (İİB) kiçik və orta biznesin inkişafı məqsədilə Azərbaycan banklarına kreditin ayrılması layihəsinə baxmağa hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə İİB-in Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.

"İİB kredit ayıra biləcəyi bankları müəyyən edib, lakin hazırkı məqamda biz üç il ərzindəki maliyyə audit hesabatlarını gözləyirik", - Tağıyev deyib.

Onun sözlərinə görə, bu hesabatları əldə etdikdən sonra İİB kreditin ayrılması ilə bağlı risklərə baxmağa hazırdır. Bu yalnız bankların İİB tərəfdən maliyyələşdirmənin şərtləri ilə razı olub-olmayacaqlarından asılı olacaq.

İslam İnkişaf Korporasiyası (ICD) kiçik və orta sahibkarlığın inkişafı üçün Azərbaycan bankına 40 milyon dollar ayırmağı planlaşdırır. İCD-in maliyyələşdirilməsinin həcmlərinin genişlənilməsi ilə əlaqədar tərəfdaş bankların siyahısını artıracağı güman edilir.

Bununla əlaqədar ötən ildən ICD beş-altı Azərbaycan bankı ilə danışıqlar aparır, həmin banklara korporasiya ilə əməkdaşlığın şərtləri göndərilib, öz növbəsində, onlardan yoxlanılmış maliyyə hesabatları alınıb.

Xəbər lenti

Xəbər lenti