...

"Paşa Bank" kapitalını 15 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 17:18 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Bank" kapitalını 15 faiz artırır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi 13686,94 manat nominalında 10000 səhmin 15700 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Beləliklə, şirkətin nizamnamə kapitalı 136,87 milyon manatdan 157 milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti