...

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 17:51 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan edilib.
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in yaydığı məlumatda deyilir.

İstiqrazların yerləşdirilməsi iyunun 21-də baş tutacaq. Sifarişlər 100,8167 faiz qiymətlə təqdim ediləcək. İstiqrazların ödənmə tarixi 22 yanvar 2022-ci ildir.

Yerləşdirmə 2012-ci ilin yanvarında illik 3 faiz dərəcəsi ilə, hər bir istiqrazın nominal qiyməti 1000 manat olmaqla 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilir.

Bu emissiyadan istiqrazların yerləşdirilməsi cari ilin mart ayının 15-də başlayıb və hazırda yerləşdirilən istiqrazların məbləği 17 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti