Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.İsmayılov/
"Tacik Eyr" ASC iyulun 10-da Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə ilk reysini həyata keçirəcək. Bu barədə cümə axşamı Trend-ə aviaşirkətdən məlumat verilib.
Məlumata görə, təyyarə Düşənbə Beynəlxaq Aeroportundan yerli vaxtla saat 02:00-da uçacaq.
"Uçuş müddəti 2 saat 45 dəqiqə, bir istiqamətə biletin qiyməti 240 avrodur", - aviaşirkətdən bildirilib.
Aviareys həftədə bir dəfə həyata keçiriləcək.