...

“AtaSığorta” ASC-nin ödənişləri il ərzində yarıyadək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 12:02 (UTC +04:00)
"AtaSığorta" şirkətinin 2012-ci ilin 1-ci yarımili ərzində sığorta hadisələri üzrə aparılan ödənişlərinin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz artaraq 1,289 mln. manat təşkil edib.
“AtaSığorta” ASC-nin ödənişləri il ərzində yarıyadək artıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Axundov/

"AtaSığorta" şirkətinin 2012-ci ilin 1-ci yarımili ərzində sığorta hadisələri üzrə aparılan ödənişlərinin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz artaraq 1,289 mln. manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Hesabat dövründə şirkətin topladığı sığorta haqları 6,277 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, 2011-ci ilin illik səviyyəsindən isə 14 faiz çoxdur. Yığımların 54,8 faizi (3,439 mln.manat) könüllü növlər, 45,2 faizi (2,838 mln.manat) isə icbari növlər üzrə sığorta haqlarının payına düşür.

Şirkətdən verilən məlumata görə, hesabat dövründə könüllü növlər üzrə 1,197 mln.manat, icbari növlər üzrə isə 0,092 mln.manat məbləğində sığorta ödənişləri verilib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti