Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri çərşənbə gün Bakıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikintisi layihəsinin reallaşdırılması üzrə üçtərəfli Əlaqələndirmə Şurasının dördüncü iclasının yekun protokolunu imzalayıblar.
Protokol layihə çərçivəsində işlərin sürətləndirilməsini təklif edir. 2012-ci ildə Gürcüstan-Türkiyə sərhəddindəki sahənin tikintisi prosesinin başa çatdırılması planlaşdırılır. Yolun 2014-cü ildə istismara verilməsi planlaşdırılır.