...

Dövlət Neft Fondu iki il ərzində qızıl ehtiyatlarını 30 tonadək artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əlavə olaraq 7,5 tona yaxın (240 000 unsiya) qızıl almağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fondun ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında ARDNF rəhbəri Şahmar Mövsümov bildirib.

"2012-ci il fevralın 1-dən Neft Fondu hər həftə on min unsiya qızıl alışına başlayıb. Bu il iyulun 1-nə olan vəziyyətə görə, Fondun investisiya portfelinə 6847 kiloqram (220 146 unsiya) qızıl daxil olub", - Mövsümov deyib.

Onun sözlərinə görə, ümumilikdə, Fond iki il ərzində qiymət dəyişiklikləri riskinin mövcudluğu ilə əlaqədar 30 tona yaxın qızıl almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti