...

Azərbaycanda bütün dəmiryol qatarları kondisioner sistemi ilə təchiz edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

"Azərbaycan Dəmir Yolları" QSC-nin bütün qatarları kondisioner sistemi ilə təchiz edilib, buna görə də, respublikada hökm sürən isti hava şəraiti sərnişinlər üçün narahatlıq yaratmır. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin sərnişin xidmətinin rəhbəri Elyar Muradov bildirib.

"Bütün qatarlarda kondisionerlər quraşdırılıb. Hər gün geri qayıdan qatarlar soyutma sistemində nasazlığa görə xüsusi yoxlamadan keçir", - Muradov deyib.

Xəbər lenti

Xəbər lenti