...

AAC şirkəti "BakuBuild-2012" sərgisində "gobustone" məsaməli beton bloklarından divar hörgüsünü canlı nümayiş etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 18:03 (UTC +04:00)
AAC şirkəti "BakuBuild-2012" sərgisində bu il "gobustone" məsaməli beton bloklarından divar hörgüsünü canlı nümayiş etdirəcək. Şirkətdən Trend-ə verilən məlumata görə, "Müasir daş dövrü" süarı ilə sərgidə nümayiş olunan "gobustone" stendində ziyarətçilər tikinti prosesinin mühüm dərəcədə tezləşməsinin şahidi olacaqlar.
AAC şirkəti "BakuBuild-2012" sərgisində "gobustone" məsaməli beton bloklarından divar hörgüsünü canlı nümayiş etdirəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

AAC şirkəti "BakuBuild-2012" sərgisində bu il "gobustone" məsaməli beton bloklarından divar hörgüsünü canlı nümayiş etdirəcək. Şirkətdən Trend-ə verilən məlumata görə, "Müasir daş dövrü" süarı ilə sərgidə nümayiş olunan "gobustone" stendində ziyarətçilər tikinti prosesinin mühüm dərəcədə tezləşməsinin şahidi olacaqlar.

"AAC şirkəti hər il "BakuBuild" sərgisində iştirak edir. Bu sərgi ölkəmizdə tikinti sektorunun inkişafına mühüm töhfədir, çünki şirkətləri müxtəlif yeniliklər tətbiq etməyə stimullaşdırır. "Gobustone" brendi artlq üçüncü ildir ki "BakuBuild" sərgisində nümayiş olunur və kifayət qədər diqqət qazanır. Bu sərgi bizə istehlakçılarla birbaşa əlaqə qurmaq və gələcək müştərilərlə tanış olmaq imkanı verir", - şirkətin baş direktoru Teymur Abdurəhimov bildirib.

"Gobustone" məsaməli beton blokları artıq "28 Mall" ticarət mərkəzi, "Quba Rixos" hoteli, "Port Baku Tower və Residence", ADA-nın inzibati binası, "Triumph Tower" kimi layihələrdə özünü sübut edib. Şirkət ümid edir ki, ətraf mühitin dostu olan "gobustone" məsaməli beton blokları ölkəmizdə yaşıl binaların artmasına öz tohfəsini verəcək.

Artıq üçüncü ildir ki "BakuBuild" sərgisində nümayiş olunan tikintinin yeni lideri olan "gobustone" stendinin özünəməxsusluğu bütün pavilyonun şirkətin öz məhsulları olan məsaməli beton blokları ilə quraşdırılmasıdır.

18-ci Azərbaycan Beynəlxalq "BakuBuild" sərgisi 17-20 oktyabr "Baku Expo" mərkəzdə keçiriləcək.

Qeyd edək ki, "AAC" Müasir Tikinti Materialları Zavodunun rəsmi açılışı 26 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Qeyd edək ki, dövlət başçısının qeyri-neft sektorunda sənayeləşmə siyasətinə uyğun olaraq tikilmiş "AAC" Müasir Tikinti Materialları Zavodu da innovasiya texnologiyası əsasında qurulan tam müasir standartlara cavab verən bir müəssisədir. Qafqazda ilk dəfə Azərbaycanda tikilən bu zavod Almaniyanın məşhur WERHAHN şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti