...

"Ak Bars Aero" aviaşirkəti Kazan-Bakı reysini həyata keçirməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 14:52 (UTC +04:00)
Kazan aeroportu və "Ak Bars Aero" aviaşirkəti cümə günündən Kazan-Bakı-Kazan daimi reysini həyata keçirməyə başlayırlar.
"Ak Bars Aero" aviaşirkəti Kazan-Bakı reysini həyata keçirməyə başlayır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E. İsmayılov/

Kazan aeroportu və "Ak Bars Aero" aviaşirkəti cümə günündən Kazan-Bakı-Kazan daimi reysini həyata keçirməyə başlayırlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Kazan beynəlxalq aerportunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bakıya resylər dövri olaraq həftədə bir dəfə - cümə günü həyata keçiriləcək. Kazandan uçuş 17:00-da (yerli vaxtla), Bakıya eniş 19:50-da (yerli vaxtla) reallaşdırılır. Bakıdan əks uçuş 20:45-ə, Kazana eniş isə 23:35-ə təyin edilib.

Reysdə 50 yerlik Kanada isteshalı olan "CRJ-200 Bombardier" təyyarəsi istifadə ediləcək.

Hazırda Kazandan Bakıya birbaşa reysləri "Tatarıstan" aviaşirkəti "Boeing 737-500" təyyarəsi ilə həyata keçirir.

Bununla da iki paytaxt arasında reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti