...

Albaniyanın iqtisadiyyat, ticarət və energetika naziri Azərbaycana səfərə dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 19:55 (UTC +04:00)
Albaniyada rəsmi səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev alban həmkarı Edmond Haksinastonu Azərbaycana rəsmi səfərə dəvət edib. Haksinastonun gələcək səfəri çərçivəsində Azərbaycan və Albaniyanın iş adamlarından ibarət biznes forumun təşkili də nəzərdə tutulur.
Albaniyanın iqtisadiyyat, ticarət və energetika naziri Azərbaycana səfərə dəvət olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Albaniyada rəsmi səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev alban həmkarı Edmond Haksinastonu Azərbaycana rəsmi səfərə dəvət edib. Haksinastonun gələcək səfəri çərçivəsində Azərbaycan və Albaniyanın iş adamlarından ibarət biznes forumun təşkili də nəzərdə tutulur.

Azərbaycanın Yunanıstan və Albaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Albaniyanın Baş naziri Sali Berişa, Baş nazirin müavini, iqtisadiyyat, ticarət və energetika naziri Edmond Haksinasto, maliyyə naziri Ridvan Bode, ictimai işlər və nəqliyyat naziri Sokol Olldaşi, Tirana şəhərinin meri Lulzim Başa ilə görüşüb. Görüşlərdə Azərbaycan və Albaniya arasında iqtisadi və ticarət sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı sərmayə yatırımı imkanları müzakirə edilib.

Albaniya tərəfi energetika sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin iqtisadiyyatı və investisiya potensialı haqqında, eləcə də Albaniyanın İnvestisiyaların İnkişafı Agentliyi tərəfindən Albaniyada mövcud sərmayə imkanlarına dair təqdimatlar keçirilib.

Mustafayev Albaniyanın ikinci böyük şəhəri və iri limanı olan Durres şəhərinə, daha sonra Romano limanına səfər edib, limanların mövcud infrastrukturu, sərnişin və yük daşımaları üzrə maddi-texniki təminat imkanları ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti