...

AZAL təyyarə parkını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 18:34 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Braziliyanın "Embraer SA" şirkətinə 4 yeni E-190 təyyarəsi sifariş verib
AZAL təyyarə parkını genişləndirir

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Braziliyanın "Embraer SA" şirkətinə 4 yeni E-190 təyyarəsi sifariş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Embraer"in saytında yerləşdirilən məlumatda deyilir.

Sifarişin ümumi dəyəri 180,8 milyon dollar təşkil edir. Təyyarələrin 2013-cü ilin üçüncü rübündə çatdırılması planlaşdırılır.

Məlumata görə, QSC həmçinin "Embraer"in E-170 markalı iki istifadə edilmiş təyyarəsini lizinq you ilə əldə etməyi nəzərdə tutur. Bu təyyarələrdən biri ölkəyə 2013-cü ilin ikinci rübündə tədarük ediləcək.

AZAL gələn ilin ortalarından etibarən Braziliya istehsalı olan bu 6 təyyarədən daxili və beynəlxalq reyslərdə istifadə edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti