...

Sergey Lebedev: MDB-nin gələcəyi ilə bağlı pis proqnozlar əsassızdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 17:08 (UTC +04:00)
MDB-nin gələcəyi ilə bağlı pis proqnozlar əsassızdır. Trend-in məlumatına görə, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Sergey Lebedev: MDB-nin gələcəyi ilə bağlı pis proqnozlar əsassızdır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir C.Nəsibova/

MDB-nin gələcəyi ilə bağlı pis proqnozlar əsassızdır. Trend-in məlumatına görə, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Hər gün MDB əraizisində inteqrasiya və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə yönəldilmiş müxtəlif görüşlər və forumlar keçirilir", - Lebedev bildirib.

Onun fikrincə, Gürcüstanın MDB-dən çıxması, həmçinin qlobal iqtisadi böhran kimi müəyyən problemlərin və mütəmadi böhranlı hadisələrin mövcudluğuna baxmayaraq, MDB təkmilləşir, inkişaf edir və möhkəmlənir.

"Həmçinin, maliyyə-bank sahəsində Birlik ölkələri arasında əməkdaşlığın inkişafı üzrə tədbirlər görülür və bu məsələ ilə bağlı növbəti müşavirə gələn il Belarusda keçiriləcək. Belə tədbirlərdən biri də bir gün əvvəl keçirilmiş iqtisadi məsələlər üzrə komissiyanın iclası oldu", - MDB İcraiyyə Komitəsinin sədri Lebedev deyib.

Onun sözlərinə görə, ötən ilin sentyabrında Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitinin yubiley iclasında yalnız MDB-nin saxlanılmasına ehtiyac vurğulanmayıb, eləcə də Birliyin gələcək inkişafı və möhkəmləndirilməsinə xüsusi yer ayrılıb: "Müəyyən problemlərin mövcudluğu o demək deyil ki, MDB-nin gələcəyi yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti