...

Bakıda 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2012 17:01 (UTC +04:00)
Noyabr ayının 21-dən 23-dək "Bakı Ekspo" mərkəzində ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisi keçiriləcək.
Bakıda 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Noyabr ayının 21-dən 23-dək "Bakı Ekspo" mərkəzində ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisi keçiriləcək.

"Iteca Caspian" şirkətindən Trend-ə verilən məlumata görə, "CTE" sərgisi ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunmuş, Xəzəryanı və Qafqaz regionlarında ətraf mühitin qorunması və təbiətdən rasional istifadə sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edən yeganə tədbirdir.

Bu il beynəlxalq sərgi Azərbaycanın və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən aparıcı simaları, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirəcək. Həmçinin, sərgi çərçivəsində alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdiriləcək.

Sərgi iştirakçıları arasında neft sektorunun aparıcı şirkətləri də var və onlar təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni ixtiraları, habelə karbohidrogenlərin hasilatı və emalı zamanı şəhər əhalisinin maksimal ekoloji təhlükəsizliyinin təmin olunması üzrə investisiya layihələrini təqdim edəcəklər.

Beləliklə, "CTE-2012" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai və dövlət təşkilatları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti