Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Azərbaycan sahibkarları İranın Şərqi Azərbaycan əyalətində investisiya imkanları üzrə beynəlxalq toplantıya dəvət olunurlar.
Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, İran İslam Respublikası Şərqi Azərbaycan əyalətinin İqtisadi və Maliyyə Təşkilatının İnvestisiya Xidmərləri Mərkəzi 2013-cü ilin may ayında əyalətdə investisiya imkanları üzrə IV beynəlxalq toplantı keçirmək niyyətindədir.
Marağı olan iş adamları tədbirlə bağlı daha ətraflı məlumat üçün İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.