...

MDB ölkələri Bakıda geodeziya, kartoqrafiya və kadastr sahəsində birgə faəliyyəti müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 14:10 (UTC +04:00)
Bakıda MBD-yə üzv olan ölkələrin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə dövlətlərarası Şurasının 23-cü sessiyası keçirilib.
MDB ölkələri Bakıda geodeziya, kartoqrafiya və kadastr sahəsində birgə faəliyyəti müzakirə edirlər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir C. Nəsibova/

Bakıda MBD-yə üzv olan ölkələrin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə dövlətlərarası Şurasının 23-cü sessiyası keçirilib.

"Biz geodeziya, kartoqrafiya və kadastr sahələrində birgə işin məhsuldar nəticələrinə ümid edirik", - Trend-in məlumatına görə, bunu cümə axşamı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov tədbirin açılışında deyib.

Tədbir zamanı topoqrafiya, geodeziya, qravimetriya, fotoqrametriya, kartoqrafiya işlərinin yerinə yetirilməsi zamanı vahid texnologiyaların tətbiqi və istifadəsi, razılaşdırılmış yüksəklik və koordinat sistemlərinin istifadəsi, dövlət sərhədlərinin delimitasiya, demarkasiya və redemarkasiya zamanı birgə texnologiyaların və metodların hazırlanması və tətbiqi, hazır kartoqrafiya məlumat və materialların mübadiləlisi, birgə seminar və konfransların keçirilməsi, regional layihələrin hazırlanması həmin layihələrin icrası zamanı sahə üzrə istifadə olunacaq texnologiyaların razılaşdırılması və icrası və s. məsələlər müzakirə edilib.

Sessiya çərçivəsində müəyən layihələrin həyata keçirilməsi üçün işçi qrupları yaradılıb.

Bu tədbir Bakıda üçüncü dəfə keçirilir. Bunadək sessiya Azərbayacnda 1998 və 2004-cü illərdə baş tutub.

Tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan və Tacikistanın nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti